190 metrlik asteroid Yerə yaxınlaşır –

NASA-dan xəbərdarlıq
28 İyul 2020 - 09:50

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) diametri 84-190 metr arasında olan bir asteroidin Yerə yaxınlaşması barədə xəbərdarlıq edib.

2009 PQ1 adı verilən asteroid avqustun 5-də Yer kürəsinə maksimal məsafədə yaxınlaşacaq və 13,4 km/s sürətlə planetimizdən 3,2 milyon km məsafədəə uçacaq.

Asteroid 14 avqust 2009-cu ildə aşkar edilib. Astronomlar onu orbitləri Yer orbitindən keçən Apollon – asteroidlərə aid edirlər. (APA)