199 nömrəli avtobusla bağlı dəyişiklik –Sentyabrın 1-dən bütün avtobuslar yenilənir / FOTO

Paytaxtın Nərimanov rayonu ilə Xırdalan şəhərini əlaqələndirən 199 nömrəli müntəzəm marşrut xəttində bütün avtobuslar dəyişdirilir.

Bu barədə AYNA-dan Azpost.info-ya məlumat verilib.

Bildirilib ki, sentyabrın 1-dən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə 199 nömrəli marşrut xəttində istismar olunan dizel mühərrikli avtobuslar yeni avtobuslarla əvəzlənəcək.

Marşrut xəttində CNG texnologiyası ilə təchiz edilmiş “Iveco” markalı avtobuslar fəaliyyət göstərəcək.

199 nömrəli marşrut Nərimanov rayonu, Nemət Quliyev küçəsində yerləşən Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunu Xırdalan şəhərindəki Bakı Mühəndislik Universiteti ilə əlaqələndirir.

Yeni avtobuslarda gedişhaqqının ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək.

Marşrut üzrə gedişhaqqı 0,65 manat müəyyən edilib.

Beləliklə, sentyabrın 1-dən 199 nömrəli avtobusdan istifadə edən sərnişinləri həm nəqliyyat vasitələrinin, həm də ödəniş imkanlarının yenilənməsi gözləyir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.