1990-cı ilin yanvarında Lənkəranda sovet hökuməti nə üçün devrilmşdi?

“Lənkəran 15 gün sovetlərsiz” kitabının təqdimatında iştirak etdim.
Kitabı isə birnəfəsə oxudum.
Kitab 35 il əvvəl 1990-cı il yanvarın 11-də SSRİ-ni şoka salmış Lənkəran hadisələrindən bəhs edir.
Həmin gün Moskvanın Qarabağ məsələsində tutduğu mövqeyə etiraz addımı kimi Lənkəranda sovet hakimiyyətinin fəaliyyəti dayandırılmışdı.
Bütün dünya o zaman Lənkərandan danışırdı.
Milli-azadlıq hərəkatının rəhbərlərindən olmuş, ictimai-siyasi xadim İltifat Rəhimzadənin sənədlər və canlı şahid ifadələri əsasında yazdığı bu kitabda həmin illərdə baş vermiş hadisələri oxumaq olar.
Çörçill deyirdi ki, “tarix yoxdur, bioqrafiyalar var”.
Lənkəranın cəsur insanlarının yazdığı bu bioqrafiya Azərbaycanın azadlığı üçün aparılan mübarizə tarixində unikal yer tutur.
Bu tarixdə nələr yoxdur ki?
28 may 1989-cu ildə Azərbaycanda ilk dəfə üçrəngli bayrağın hökümət binaları üzərində qaldırılması, 1990-cı ildə Qarabağa ilk müdafiə dəstələrinin göndərilməsi, İran-SSRİ sərhədlərinin açılması, sovet ordusunun yanvarın 26-da Lənkərana soxularaq törətdiyi qanlı hərbi cinayət, Şəhidlərin dəfni…
Azərbaycanın azadlığı uğrunda gedən bu mübarizədə Lənkəran özünü ən yaxşı ziyalılarını yetişidrdi. Onlar imperiyanın zoru qarşısında heç vaxt qorxmadılar…
“Lənkəran 15 gün sovetlərsiz” kitabı həmin tarixə ayna tutur, vəfat etmiş qəhrəmanları xatırlayır,
yaddaşı təzələyir, gələcək üçün mesajlarını verir.
Təqdimatda həmin günlərin qəhrəmanlarını yenidən gördüm. Onlar bu gün də Azərbaycan dövləti uğrunda son damla qanına qədər vuruşmağa hazır insanlardır.
Kitab Azərbaycanın çağdaş tarixini öyrənmək üçün faydalı mənbədir.
Belə qiymətli kitabı ərsəyə gətirdiyinə görə, İltifat Rəhimzadəyə təşəkkür edirəm.
Xaqani SƏFƏROĞLU
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.