“Fotoxronika”-

1991-ci il: Yerə uzadılmış düşmən və qalib Azərbaycan əsgəri
02 Sentyabr 2019 - 10:20

 Azpost.info  oxucularına “Fotoxronika” rubrikasını təqdim edir. Burada sizə ölkəmizin, keçmiş SSRİ-nin və dünyanın ictimai-siyasi tarixində izini qoymuş məşhur hadisələri, onların qəhrəmanları, dövrün məşhur xadimləri əks olunan şəkilləri  təqdim olunacaq.

Məşhur aforizmdə deyildiyi kimi “keçmişini unudanı gələcək topa tutar”.

İlk fotonu təqdim edirik:

Azərbaycan Respublikası. Aprel. 1991-ci il. 
Azərbaycan DİN və MTN qüvvələrinin, “OMON”-nun erməni silahlılarına qarşı keçirdiyi “Koltso”(Üzük) əməliyyatı.

Darmadağın edilmiş erməni hərbi dəstələrinin üzvləri üzü üstə yerə uzadılıb.

Bu əməliyyat nəticəsində Hadrut rayonunda ermənilərin mühasirəyə aldıqları Azərbaycan kəndlərinin blokadası yarıldı və 14 erməni kəndinin əhalisi Ermənistana köçürüldü. Həmin kəndlərdə Ermənistandan qovulmuş azərbaycanlı qaçqınlar və məshəti türkləri məskunlaşdırıldı.

Xanlar rayonu, Gəncə ətrafı və Kəlbəcər yolunun üstündə yerləşən Azad, Kamo, Çaykənd, Mənəş, Ərkəc və başqa kəndlərdəki erməni quldurlarının ən böyük hərbi silah- sursat, ləvazimat bazaları və 80-ə yaxin erməni yaraqlısı məhv edildi. Erməni əhalisi Ermənistana köçürüldü.

Şaumyan(Ağcakənd) rayonunda bir neçə erməni kəndləri boşaldıldı, Ermənistana yola salındı.