1993-cü ilədək ali məktəblərə qəbul olunanlar magistrə bərabər sayılacaq

29 Oktyabr 2021 - 12:37

Ali təhsil müəssisələrinə (kollec istisna olmaqla) 1993-cü ilədək qəbul olmuş və təhsilini bitirərək ali təhsil haqqında dövlət sənədi – diplom almış şəxslərin təhsil səviyyəsi magistraturaya bərabər tutulacaq.
Bu, Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun tərəfindən hazırlanmış və işçi qrupun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Ali təhsil haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, magistratura ali təhsilin ikinci səviyyə sayılır, ali təhsilin magistratura (rezindetura) səviyyəsi və ya onun ekvivalenti (60-120 kredit) – “magistr” ali elmi-ixtisas dərəcəsinin verilməsi ilə nəticələnir. İkinci səviyyə üçün deskriptor, Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin 7-ci səviyyəsinin öyrənmə nəticələrinə uyğundur.(APA)