İyulun 4-də Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən suda tapılıb.
Bu barədə FHN-nin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.