“2-ci gün ekran qaraldı, nə mağaza, nə də qurum kömək etdi”- "Kontakt Home"dan ŞİKAYƏT

KontaktHome
KontaktHome

Elektronika mağazalarından alınan məhsullarla bağlı şikayətlər davam edir. Bu dəfə narazılıq kompüterin qısa müddətdə sıradan çıxması və problemin həll olunmaması ilə bağlıdır.

AzPost.az xəbər verir ki, sosial şəbəkə istifadəçisi Qoca Əhmədov aldığı kompüterlə bağlı problemlə üzləşdiyini bildirib. Onun sözlərinə görə, cihazı “Kontakt Home” mağazasından alıb, lakin istifadənin ikinci günündə kompüterin ekranı qaralıb.

Müştəri qeyd edib ki, problemi aradan qaldırmaq üçün məhsulu servis xidmətinə təqdim edib və qaytarılmasını tələb edib. Lakin servis mərkəzi cihazda hər hansı nasazlıq olmadığını bildirərək məhsulun geri götürülməsindən imtina edib.

Əhmədov bildirib ki, məsələ ilə bağlı Antiinhisar qurumuna da rəsmi müraciət edib. Onun sözlərinə görə, müraciətinə baxılmayıb və işi aparan məsul şəxs zənglərinə cavab verməyib.

“Bu barədə Antiinhisara da rəsmi şəkildə müraciət etmişəm. Lakin məsələ araşdırılmayıb və icraçı şəxs zənglərimə cavab vermir”, – deyə o paylaşımında qeyd edib.

Şikayətçi bildirib ki, maddi imkanları məhdud olduğu üçün məsələni məhkəmə yolu ilə həll etməkdə çətinlik çəkir və çıxış yolu axtarır.

Məsələ ilə bağlı nə “Kontakt Home”, nə də aidiyyəti qurum tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.