“Santa-Barbara”serialının qəhrəmanları indi hardadır? –İden və Kruz 40 ildən sonra/FOTO

80-ci illərin sonu-1990-cı illərin əvvələrində milyonların sevimli serialı “Santa -Barbara” idi. Bu “sabun operası” TV-lərdə 1984-1993-cü illərdə göstərilib.

Azpost.info bildirir ki, 2137 seriyadan ibarət bu serial sujet xətti ilə tamaşaçıların qəlbinə hakim kəsilmişdi.

Sujet xəttinin əsasında varlı gözəl İden Kepvell ilə kasıb, amma vicdanlı polis işçisi Kruz Kastilio arasında olan romantik eşq əhvalatı dururdu. Serial xoşbəxt sonluqla bitmədi: İdendə şəxsiyyətin ikiləşməsi baş verdi, o öz anasını öldürməyə cəhd elədi və naməlum məkanda gizlənərək yoxa çıxdı. Kruz izə İdenin kiçik bacısnı sevdi və sonda ümumiyyətlə Meksikanı tərk edir.

Amma real həyatda baş rol ifaçılarının taleyi baş cür olub. Kruz rolunun ifaçısı Ey Martines uğurlu serialdan sonra kinoda çəkilib. O “Baş hospital”, “Cinayətkar kimi düşünmək”, “Çakinin lənəti” və “Lonqmayer” filmlərində maraqlı obrazlar yaradıb. Nikahda da bəxti gətirən Martinesin hazırda 74 yaşı var. O sosial şəbəkədə nostalji hisslər altında “Santa-Barbara”dan kadrlar paylaşır.

İden rolunu oynamış Marsi Uokerin isə hazırda 61 yaşı var. Bu seriala görə, o, 1989-cu ildə “Emmi” mükafatını alıb. Bundan sonra Marsi daha bir serialda- “İşığa istiqmət verən” və “Hamısı mənim uşaqlarımıdır” serialında çəkilib.

Marsi Uokerin şəxsi həyatı barədə məlumat azdır. O beş dəfə ərdə olub. Sonda inanclı olaraq dini həyatı seçib. Kilsədə rahibə-pastor olub.

Azpost.info 

 

 

Əvvəlki məqalə

Türkiyə İrəvanda Ermənistanı məğlub etdi

Sonrakı məqalə

Şeyxülislam Səudiyyə Ərəbistanına səfəri çərçivəsində görüşlər keçirib –