Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

20 ildən sonra insanlar gecə səmada ulduzları görə bilməyəcək

User 01 İyun 2023 - 08:56 (Last updated: 21 May 2025 - 20:15)
ulduzlar

Bu gün müşahidə etdiyimiz gecə səması bizim adət etdiyimiz kimi qapqara olmamalıdır.

Azpost.info “The Guardian”a istinadən xəbər verir ki, səma tünd boz, ulduzlarla bəzədilmiş, Saman yolu aydın görünən olmalıdır.
Alimlər müəyyən ediblər ki, işıq diodlarından (LED) və digər işıqlandırma formalarından istifadənin artması gecə səmasını xeyli işıqlandırır. Çöl və küçə işıqlandırmalarından, reklamlardan və işıqlandırılan idman meydançalarından fərq qoymadan istifadə olunması ulduzları görməyə imkan vermir.

Hələ 2016-cı ildə astronomlar bəşəriyyətin üçdə birinin artıq Süd Yolunu görməyəcəyini müəyyən ediblər. Alimlərin təxmini hesablamalarına görə, 20 ildən sonra biz ən böyük bürcləri belə görə bilməyəcəyik. Bu da gələcək nəsillərin elmi və mədəni inkişafına mənfi təsir göstərəcək.

Öz narahatlıqlarını bildirən britaniyalı alimlər qaranlıq səmanın qaytarılması  ilə bağlı partiyalararası parlament qrupu yaradıblar. Bu qrup işıq çirklənməsi ilə mübarizə tədbirləri hazırlayır. Bura gecə vaxtı işıqdan həddindən artıq istifadəyə görə cərimələr və tədbirlərin icrasına nəzarət etmək üçün xüsusi komissiyanın yaradılması daxildir.

Alman Yer Elmləri Mərkəzinin əməkdaşı, fizik Kristofer Kibanın araşdırması nəticəsində məlum olub ki, işıq çirklənməsi nəticəsində gecə səması ildə təxminən 10% işıqlanır. Yəni yeni doğulan uşaq indi 250 ulduzu müşahidə edə bilirsə, yetkinlik yaşına çatanda onlardan yalnız 100-nü görə biləcək.

Azpost.info

Post navigation

Previous: İran zənginləşdirilmiş uran ehtiyatını 23 dəfə artırıb
Next: Polis Neftçalada “Xaş-xaş” əməliyyatı keçirib

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.