Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

20 ildə “Şahdəniz”dən 243 milyard kubmetr qaz çıxarılıb

User 07 May 2025 - 10:18 (Last updated: 21 May 2025 - 20:51)
sahdeniz

İlk hasilatdan 2025-ci ilin birinci rübünün sonunadək nəhəng Şahdəniz yatağından təqribən 243 milyard kubmetr qaz və 50 milyon ton kondensat əldə olunub.

AzPost bildirir ki, bu barədə “bp” şirkətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, 2025-ci ilin birinci rübündə Şahdəniz üzrə fəaliyyətlərə təxminən 726 milyon dollar əməliyyat xərcləri və təxminən 213 milyon dollar əsaslı xərclər çəkilib.

Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

Rüb ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.

İlin ilk üç ayında yataqdan ümumilikdə – “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 7 milyard standart kubmetr qaz və təxminən 1 milyon ton (təqribən 8 milyon barel) kondensat hasil edilib.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 76,4 milyon (ildə təqribən 27,9 milyard) standart kubmetrdir.

Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağı 1999-cu ildə kəşf olunub. Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. Bu yataq dünyanın iri qaz-kondensat yataqlarından biridir. 1999-cu ilin iyununda ehtiyatları bu günə ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensatdan ibarətdir.

2006-cı ildə saziş sahəsində bir hasilat platforması quraşdırılıb və həmin ilin noyabrında bu platformadan qazılmış quyudan ilk qaz hasil edilib.

 

AzPost.az

Post navigation

Previous: “Hindistan geri çəkilsə əməliyyat dayandırılacaq” –
Next: 17 azərbaycanlı miqrant Almaniyadan ölkəmizə geri qaytarılıb

Oxşar xəbərlər

qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17
neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

User 07 Noyabr 2026 - 10:26

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.