ABŞ-da Konners Kollecinin (Oklahoma ştatı) basketbol komandasında çıxış edən 20 yaşlı idmançı İtan Dits oyun zamanı aldığı ağır xəsarət səbəbindən vəfat edib.
Azpost.info xəbər verir ki, təhsil müəssisəsinin yaydığı açıqlamada basketbolçunun şənbə günü xəsarət aldığı, xəsarətin növü ilə bağlı məlumat verilmədiyi bildirilir. Qeyd olunur ki, Dits aldığı xəsarətin təsirindən çərşənbə axşamı səhər saatlarında həyatını itirib.
Faciədən sonra Konners Kolleci 25 noyabrdan 1 dekabra qədər həm qadın, həm də kişi basketbol komandalarının bütün oyunlarını ləğv etdiyini açıqlayıb.
Məlumata görə, İtan Dits kollecin ikinci kurs tələbəsi olub və komandanın ön xətt oyunçusu kimi çıxış edirdi. O, bu mövsümdə hər oyunda orta hesabla 11 xal və 9,4 topalma göstəricisi ilə yadda qalıb.