“2014-cü ildən bu günə qədər 1445 nəfər Avropa ölkələrindən Azərbaycana geri qaytarılıb”.
APA-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətində 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında DMX rəisi Vüsal Hüseynov bildirib.
Onun sözlərinə görə, ölkəyə qaytarılan azərbaycanlıların böyük əksəriyyəti Almaniyada yaşayıb.
Xidmət rəisi qeyd edib ki, readmissiya olunan şəxslər arasında Avstriya, Fransa, İsveç, Belçika kimi Avropa ölkələrində yaşayan azərbaycanlılar da olub.
Xidmət rəisi deyib ki, 1323 nəfər şəxsin readmissiya olunması ilə bağlı sorğular daxil olub: “Bu sorğular müsbət cavablandırılıb, amma geri qaytarılması reallaşmayıb. Şəxslər qaytarıldığı təqdirdə Dövlət Miqrasiya Xidməti tərəfindən şəxslərin vəziyyəti, orada hansı problemlərinin olması ilə maraqlanılır. Miqrasiya Xidməti yanında Reinteqrasiya işçi qrupu fəaliyyət göstərir. Orada müxtəlif qurumların nümayəndələri təmsil olunur. Biz bu çərçivədə 58 şəxsin ehtiyaclarının qarşılanmasını həyata keçirmişik”.