“2015-ci ildə dünya liderlərini pandemiyaya hazır olmağa çağırmışdım” –

Bill Geyts “vaksinin tapılması hələ müalicə deyil” yazdı
19 Aprel 2020 - 19:15

“Microsoft” şirkətinin banisi, Geyts Fondunun həmsədri, məşhur milyarder Bill Geyts koronavirusla bağlı “Vaşinqton Post” qəzetində məqalə yazıb. O bu yazıda virusla bağlı fikirlərini açıqlayıb və çıxış yollarını göstərib.

Azpost.info  məqaləni oxucularına təqdim edir:

-ABŞ yeni koronavirusun qarşısını almaq fürsətini əldən buraxıb. Bu şübhəsizdir. Amma mühüm qərarlar qəbul etmək üçün hələ imkan var. Bizim və liderlərimizin seçimi müəyyən edəcək ki, xəstəliyin statistikasında  enmə nə zaman başlayacaq, müəsissələr nə vaxt açılacaq,  nə qədər amerikalı öz yaxınlarını dəfn edəcək.

Geyts Fondunda işlədiyim zaman  Vaşinqtonun və bütün ölkənin ekspertləri ilə müzakirə imkanlarım oldu. Mənə aydın oldu ki, biz 3 fəaliyyət tədbirini tətbiq etməliyik.

Birincisi, adamların təcrid olunması üçün ümummilli və ardıcıl yanaşma vacibdir. Epidimioloqların bütün çağırışlarına baxmayaraq  bir sıra ştatlar karantin rejiminə keçməyiblər.  Bu iflasın girovudur. Əgər insanlar azad şəkildə dövlət sərhədlərini keçirlərsə, onlarla birgə virus da keçir. Ölkə rəhbərliyi aydın şəkildə bəyan etməlidir: Təcrid hər yerdə olmalıdır. Nə qədər ki, xəstələrin sayı bütün Amerikaya yayılmayıb – buna isə 10 həftə vəya daha çox vaxt gedəcək – heç kim normal həyata qayıda bilməyəcək.  Bu məsələdə istənilən anlaşılmazlıq yalnız iqtisadi zərəri gücləndirəcək, ölüm sayını artıracaq.

İkincisi, federal hökumət kütləvi testdən keçməni həll etməlidir. Testlər əlçatan olmalıdır. Həmçinin biz operativ qaydada klinik təcrübə üçün könüllülərin seçilməsində səylərimizi birləşdirməliyik.

Eyni zamanda testə olan təlabat müəyyən vaxt ərzində təklifi üstələyəcək. Hazırda tətbiq olunan testlər sistemsiz şəkildə tətbiq olunur. Biz yoluxanların dəqiq sayını, virusun yayılma istiqamətini dəqiq müəyyən edə bilmirik.

Ona görə ölkəyə dəqiq prioritetlər lazımdır. Siyahıda birinci əsas işçilər gəlməlidir: Həkimlər və təcili tibbi yardım əməkdaşları, onlardan sonra güclü simptomları və yüksək risk yoluxması olan pasiyentlər və onlarla əlaqəsi olanlar!

Bu həmçinin tibbi maska və süni nəfəs aparatlarına aiddir.

Nəhayət üçüncü, müalicə metodunun və vaksinin hazırlanması üçün elmi yanaşma mühümdür. Alimlər bu istiqamət üzrə var qüvvələri ilə işləyirlər. Liderlər panik alış-verişə təhrik edəcək şayiə yaymamaqla onlara kömək edə bilərlər.

Müxtəlif könüllülər üzərində təcili təcrübələri keçirməli və nəticələr barədə cəmiyyətə məlumat verilməlidir. Biz təhlükəsiz və effektiv müalicə üsulu əldə edən kimi onun dozasını ilk olaraq hamıdan çox ehtiyacı olanlara verməliyik.

Epidemiyaya son qoymaq üçün bizə təhlükəsiz və effektiv vaksinasiya lazım olacaq. Əgər biz hər şeyi düz etsək bu vaksini il yarıma hazır edə bilərik. Lakin vaksinin hazırlanması işin yarısıdır. Yer kürəsinin sakinlərini müdafiə etmək üçün milyard doza hazırlanmalıdır.

Vaksinsiz qalmış inkişaf etməkdə olan ölkələr varlı ölkələrdən daha riskli duruma düşürlər. Onlar üçün müəsissələri bağlamaq və karantin elan etmək çox çətindir.

Biz elə indi bu vaksinin istehsalı  üçün obyektlərin ayrılmasına başlaya bilərik. Çünki bir çox perspektv tədqiqatlar unikal avadanlıq tələb edir. Bizə onların hər biri üçün ayrıca müəsissə tikməliyik. Həm də nəzərə almalıyıq  ki, onların bir neçəsindən istifadə olunmayacaq. Özəl şirkətlər belə riski üzərlərinə götürə bilməz. Amma federal hökumətin buna gücü çatar.

Mən TED-in 2015-ci ildə keçirilən konfransındakı çıxışımda dünya liderlərini müharibəyə hazırlaşırmışlar kimi pandemiyaya hazır olmağa çağırmışdım. Yəni, sistemdəki çatların müəyyən olunması üçün simulyasiya prosesi aparılmalı idi. Bu il başa düşdük ki, bizim qarşımızda hələ uzun yol durur. Amma mən əvvəlki kimi inanıram ki, əgər indi biz elmə əsaslanaraq doğru qərarlar qəbul etsək həyatı xilas edə bilər və normal işə qayıda bilərik.

Bill Geyts

“Microsoft” şirkətinin banisi, Geyts Fondunun həmsədri