İran Trampın yardım təklifini rədd edib:"Ehtiyacımız yoxdur, özümüz hazırlayırıq"

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampa cavab verib.

Nazir öz “Twiter” səhifəsində yazıb ki, Tehranın Trampın təklif etdiyi süni ağciyər ventilyasiyası cihazlarına ehtiyacı yoxdur: “İran özü bir neçə aya bu cihazları təcrübədən keçirəcək. Siz, yalnız onu edə bilərsiniz ki, başqa xalqların, əsas da mənim xalqımın daxili işlərinə müdaxilə etməyi dayandırasınız”.

Qeyd edək ki, şənbə günü Tramp Ağ Evdəki konfransda bəyan edib ki, İran istəsə, ABŞ ona süni ağciyər ventilyasiyası cihazları göndərə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ-ın “Şevron” neft şirkəti Azərbaycandan niyə getdi? –

Sonrakı məqalə

“2015-ci ildə dünya liderlərini pandemiyaya hazır olmağa çağırmışdım” –