Putindən SSRİ-nin dirçəlişi ilə bağlı şok bəyanat:“MDB-də birləşmənin faydalı olduğunu anlayırlar”

“SSRİ-nin dirçəldilməsi qorxusu postsovet məkanında tədricən aradan qaldırılır”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidenti Putin “Rossiya1” telekanalına verdiyi müsahibədə deyib.

“Bu barədə açıq danışmaq lazımdır: Keçmişin hansısa fobiyasının, SSRİ-nin, sovet imperiyasının dirçəlməsi ilə bağlı qorxunun aradan qalxması onu göstərir ki, səylərin birləşdirilməsinin hamının xeyrinə olduğunu anlayıblar. Birləşmənin özünə yol açacağı qaçılmazdır” –deyə Putin Avrasiya İqtisadi İttifaqının perspektivləri barədə danışarkən bildirib.        

O qeyd edib ki, postsovet məkanındakı inteqrasiya prosesinin bütün iştirakçıları bu üstünlüyü hiss edirlər. Hər yerdə ölkələr güclərini birləşdirərək rəqabət qabiliyyətlərini artırmağa çalışırlar.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“2015-ci ildə dünya liderlərini pandemiyaya hazır olmağa çağırmışdım” –

Sonrakı məqalə

Azərbaycanda bir gündə koronavirusla bağlı 5263 test edilib