“Hesabat ilində 5 auditin nəticəsi ilə bağlı materiallar müvafiq qaydada Baş Prokurorluğa göndərilib”.
APA-nın məlumatına görə, bu, bu gün Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclaslında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov tərəfindən təqdim edilən “Azərbaycan Respublikası Hesablama Palatasının 2019-cu ildə fəaliyyəti barədə hesabatı”nda yer alıb.
V.Gülməmmədov bildirib ki, prokurorluq orqanlarına göndərilmiş işlər arasında yenə də dövlət satınalmaları ilə bağlı qanunvericiliyin pozulması halları daha çox olub.