2020-ci il dövlət büdcəsinə yenidən baxılacaq-Nazirlik təkliflərini Nazirlər Kabinetinə təqdim edib

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 2020-ci il dövlət büdcəsinə yenidən baxılması üzrə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edib.

Maliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinə yenidən baxılması ilə bağlı verdiyi tapşırığa uyğun olaraq “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanaraq, müvafiq büdcə zərfi ilə birlikdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunub.

Bununla yanaşı, büdcə sisteminə uyğun olaraq, icmal büdcəyə daxil olan Naxçıvan Muxtar Respublikasının, Dövlət Sosial Müdafiə Fondunun, İşsizlikdən sığorta fondunun və Dövlət Neft Fondunun büdcələrində də müvafiq dəyişikliklər edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir