2020-ci ilin Yay Olimpiya Oyunları təxirə salındı

Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salınacaq.

Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin üzvü Dik Pound açıqlayıb.

O bildirib ki, Yaponiyada keçirilməsi nəzərdə tutulan Olimpiyada gələn il keçiriləcək: “Olimpiadanın təxirə salındığını demək olar. Konkret hansı tarixdə olacağı hələ dəqiqləşməyib. Amma oyunların 24 iyulda başlamayacağını deyə bilərəm”.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 24 iyul – 9 avqust tarixlərində keçirilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avrokubokların final oyunları rəsmən təxirə salındı

Sonrakı məqalə

Fatih Terim koronavirusa yoluxub