2021-ci ildə karyerasını bitirən futbolçular

2020/21 mövsümünün ardından çox sayda futbolçu karyerasını bitirdiyini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasında çıxış edən oyunçulardan Rasim Ramaldanov bu addımı ataraq, “Qəbələ”də məşqçiliyə başlayıb.

Dünya futbolunda isə bir neçə tanınmış sima karyerasını bitirmək qərarına gəlib. Həmin oyunçuları təqdim edirik.

Ueyn Runi
Ötən mövsüm “Derbi”nin heyətində 10 oyunda 1 qol vuran İngiltərə millisinin sabiq hücumçusu Filip Kokunun gedişindən sonra müvəqqəti baş məşqçi vəzifəsini icra etdi. Bu ilin yanvarında isə 36 yaşında baş məşqçi kimi “Derbi” ilə 2,5 illik müqavilə imzadı.

Sami Xedira
Fevralda “Herta”nın yolunu tutan almaniyalı 9 oyunda 2 məhsuldar ötürmə ilə yadda qaldı. 34 yaşlı almaniyalı mövsümün sonunda da karyerasını bitirdiyini açıqladı.

Aryen Robben
2018/19 mövsümünün sonunda “Bavariya”dan təqaüdə çıxan Robben ötən mövsümün əvvəlində karyerasını bərpa etdi və “Qroningen”lə anlaşdı. Ancaq zədələr səbəbindən cəmi 7 oyunda iştirak edə bildi. Niderlandlı bu yay ikinci dəfə futbolla vidalaşdığını bəyan etdi.

Antonio Valensiya
10 il “Mançester Yunayted”in şərəfini qoruyan və kapitanlığa qədər yüksələn ekvadorlu futbolçunun son klubu Meksika təmsilçisi “Keretaro” oldu. 36 yaşlı cinah oyunçusu bədəninin onu buna vadar etdiyini açıqladı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

KTMT-nin baş katibi Ermənistanın Naxçıvanla sərhədinə gəldi –

Sonrakı məqalə

Nyu-York-un qubernatoru istefa verdi