Nyu-York-un qubernatoru istefa verdi

Seksual qısnamada ittiham olunan Nyu-Yorkun qubernatoru Endryu Kumo 14 gün ərzində istefa verəcəyini bəyan edib.

63 yaşlı Endryu, avqustun 10-da televiziya ilə yayımlanan çıxışında, qadınlara qarşı heç bir hörmətsizlik etmədiyini və bu siyasi motivli hücuma qarşı aylarla davam edəcək mübarizənin hökumətin işinə ziyan vuracağını bildirib.O qeyd edib ki, mən buna səbəbkar ola bilmərəm:

“İndi kömək edə biləcəyim ən yaxşı şey, kənara çəkilib hökumətin yenidən hökumətə dönməsinə imkan yaratmaqdır”, Kumo deyib.

Nyu-York məhkəməsi ötən həftə onun bir neçə qadına qarşı seksual zorakılıq etməsi barədə faktlar ortaya çıxarıldığını bəyan edib. Prokuror Litisia Ceyms (Letitia James ) onun yerli federal qanunları pozduğunu elan edib.

Söhbət, öz öfisinin əməkdaşı da daxil olmaqla, seksual zorakılığıa məruz qalmış 11 qadından gedir. Amma o, ittihamları rədd edir.

Demokrat partiyasının üzvü olan Kumo bu vəzifəyə 2011-ci ilin yanvarında edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

2021-ci ildə karyerasını bitirən futbolçular

Sonrakı məqalə

İman eşqi qəlbimizdə olarsa…