2021-ci ilin Nobel sülh mükafatına namizədləri-Siyahıda kimlər var?

İsrailin “Yerusəlim Post” qəzetində 2021-ci ilin sülh üzrə Nobel mükafatına namizədliyi irəli sürülən şəxslərlə bağlı məqalə dərc olunub.

Namizədlərin hər biri norveçli ictimai-siyasi xadimlərin dəstəklədiyi şəxslərdir.

Rusiyalı dissident Aleksey Navalnı, Dünya Səhiyyə Təşkilatı və iqlim dəyişiklikləri üzrə fəal Qreta Tunberq builki Nobel sülh mükafatına namizədlər siyahısındadır.

Seçim prosesində buna səlahiyyəti olan minlərlə insan, parlament üzvləri və keçmiş mükafatçılar iştirak edirlər.

Məqalədə deyilir ki, sülh üzrə Nobel mükafatına namizədlərin siyahısı artıq yekunlaşsa da, Nobel Komitəsi hələlik yekdil rəy bildirməyib.

Osloda yerləşən Dünya Problemlərinin Tədqiqatı İnstitutunun direktoru Henrik Urdal deyib ki, 2019-cu il istisna olmaqla, 2014-cü ildən bəri Norveç öz namizədlərini təqdim edir. O bildirb ki, son illərin nümunələri heyrətamizdir.

Norveç Nobel Komitəsi laureatlarla bağlı qərarını açıqladıqdan sonra namizədliyi rədd edilənlər haqda geniş məlumat vermir. Bu informasiyalar 50 il ərzində məxfi saxlanır.

Ancaq namizədlər özləri istəyərlərsə açıqlama verə bilərlər.

“Reuters” agentliyinin təqdim etdiyi sorğuya əsasən, 2021-ci ilin sülh üzrə Nobel mükafatına şanslı namizədlər sırasında Qreta Tunberq, Aleksey Navalnı və Dünya Səhiyyə Təşkilatı, eləcə də qurumun COVAX layihəsi yer alır. COVAX – koronavirus əleyhinə vaksinlərin ədalətli paylanmasını, yoxsul ölkələrin peyvəndlə təmin olunmasını nəzərdə tutan bir layihədir.

Adı Nobel namizədləri sıyahısına düşən Qreta Tunberq iqlim dəyişiklikləri ilə bağlı hərəkatın ən parlaq nümayəndələrindən hesab olunur. Onun qatıldığı “Cümə günü gələcək naminə” qrupu da builki Nobel sülh mükafatına namizəd kimi təsdiqlənib.

Norveçin keçmiş naziri Ola Elvestuen Rusiya müxalifətinin lideri Aleksey Navalnının namizədliyini dəstəklədiyini bildirib. O, Navalnını Rusiyada demokratikləşmə hərəkatının lideri adlandırıb.

Ancaq yenə də diqqət mərkəzində koronavirusla mübarizə və Peyvəndlər və İmmunizasiya Qlobal İttifaqının namizədliyi dayanır.

Norveçli deputat Qeyr Toskedalın təklif etdiyi namizədlər belaruslu siyasi fəallar – Svetlana Tixanovskaya, Mariya Kolesnikova və Veronika Çepkalodur. Onlar ədalətli seçkilər uğrunda mübarizəyə və dinc müqavimət hərəkatına töfhə verdikləri üçün Nobelə namizəd biliniblər.

Norveçli siyasi xadim Yette Kristensen isə diqqəti insan haqlarını müdafiə edən Macar Helsinki Komitəsinə və vətəndaş hüquqlarını qoruyan polşalı hakimlərdən ibarət İUSTİTİA qrupuna yönəldib. Yette Kristensen bildirib ki, onun builki seçimi Avropada demokratik idarəçilik formasını qorumaq uğrunda mübarizəyə yönəlib.

Nobel sülh mükafatına namizəd seçənlərin önəm verdiyi bir məsələ də informasiya azadlığıdır. Bu sahədə fəaliyyətinə görə namizədlər siyahısına ABŞ-ın Jurnalistləri Müdafiə Komitəsi, Fransanın “Charlie Hebdo” jurnalının əməkdaşı olmuş jurnalist Zinəb əl-Razum, “Hong Kong Free Press” xəbər saytı, ABŞ-ın Beynəlxalq Fakt Yoxlama Şəbəkəsi və Parisdə yerləşən “Sərhədsiz jurnalistlər” təşkilatının adları düşüb.

2021-ci ilin Nobel sülh mükafatına namizədlər arasında ABŞ-ın keçmiş prezidenti Donald Tramp, NATO təmsilçiləri və BMT-nin Qaçqınlarla İş üzrə Agentliyi də var.

Siyasətçi Aminat Haydar Qərbi Saxaranın müstəqilliyi uğrunda apardığı dinc mübarizəsinə görə Nobel Komitəsinin diqqətini cəlb edib.

Nobel sülh mükafatına namizədlərin sırasına Beynəlxalq Kosmik Stansiya və Beynəlxalq Skaut Hərəkatı da daxil edilib.

2021-ci ilin Nobel sülh mükafatı laureatının adı oktyabr ayında elan olunacaq. (Novator.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Heydər Əliyev haqqında olan bədii filmi Azərbaycanın ideologiya məmurları zay elədilər” –

Sonrakı məqalə

Teymur Rəcəbov 5 oyundan 3 xal qazanıb