2025-ci ilin yanvar-mart ayları ərzində qlobal bazarlarda bəzi əmtəələrin qiymətində nəzərəçarpacaq dəyişikliklər baş verib. AzPost həmin dövrdə bahalaşan və ucuzlaşan əsas məhsullar haqqında müqayisəli təhlililini təqdim edir:
Bahalaşan məhsullar
1. Bitki yağları
2025-ci ilin mart ayında bitki yağlarının qiymət indeksi əvvəlki aya nisbətən 3.7% artıb. Bu artım əsasən palma, soya, raps və günəbaxan yağlarına olan yüksək tələbatla bağlı olub. Xüsusilə Asiya bazarlarında istehlakın artması bu bahalaşmanı sürətləndirib.
2. Metallar
2025-ci ilin fevral ayında metal qiymətləri orta hesabla 3.5% artıb. Xüsusilə qalay qiymətləri birinci rübdə 25% bahalaşıb. Bu, əsasən Myanma və Konqoda baş verən təchizat problemləri ilə əlaqədar olub. Sənaye istehsalında qalaya artan tələbat da qiymətləri qaldırıb.
Ucuzlaşan məhsullar
1. Enerji məhsulları
Enerji qiymət indeksi fevral ayında 4.2% aşağı düşüb. Bu eniş kömür (-9.8%) və xam neftin (-5.6%) qiymətlərindəki azalma ilə bağlı olub. Qlobal iqtisadi artımın zəifləməsi və bəzi bölgələrdə təklifin artması qiymətlərə təsir edib.
2. Taxıl
2025-ci ilin mart ayında taxıl qiymətləri 2.6% ucuzlaşıb. Buğda, qarğıdalı və darı kimi əsas məhsullarda qiymət enişi baş verib. Bu da zəif idxal tələbi və yaxşı məhsul perspektivləri ilə əlaqələndirilib.
3. Kakao
Kakao qiymətləri fevral ayında 22.8% aşağı düşüb və ton başına 8,805 ABŞ dolları təşkil edib. Qiymət azalmağına baxmayaraq, Qərbi Afrikada hələ də təchizatla bağlı çətinliklər davam edib. Tələbin zəifləməsi bazara təsir göstərib.
Qiymət dəyişiklikləri üzrədiaqram
2025-ci ilin ilk rübündə bəzi əmtəələr üzrə qiymət artımı, digərləri üzrə isə azalma müşahidə olunub. Bitki yağları və metallar bahalaşıb, enerji, taxıl və kakao isə ucuzlaşıb. Bu dəyişikliklər dünya üzrə təklif və tələbin müxtəlif iqtisadi və geosiyasi amillərlə formalaşması nəticəsində baş verib.