2026-cı ilin bu beynəlxalq tədbir Azərbaycanda keçiriləcək

Bakı
Bakı

“Ümumdünya Ətraf Mühit Günü”nə ev sahibliyi estafeti Azərbaycana ötürülüb. AzPost-un məlumatına görə, builki tədbir Koreya Respublikasının Jeju adasında keçirilib.

Azərbaycanı tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini başda olmaqla, Xarici İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, həmçinin Koreyadakı səfirlik nümayəndələrindən ibarət heyət təmsil edib.

BMT-nin Ətraf Mühit Proqramı (UNEP) çərçivəsində təşkil olunan tədbirdə 2026-cı il üçün rəsmi ev sahibliyinin Azərbaycana keçdiyi elan olunub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.