Sinqapur sahillərində 23 ton dizel yanacağı dənizə tökülüb. AzPost bildirir ki, mütəxəssis qeyd edib ki, mütəxəssislər hesab edir ki, suyun səthində karbon təbəqəsinin əmələ gəlib-gəlmədiyini anlamaq lazımdır. “Ötən ilin yayında baş verənlərlə müqayisədə bu o qədər də ciddi təhlükə deyil” – deyə ekspertlər hadisəni şərh edib.
Qeyd edək ki, bu gün sahil mühafizə bazasında yanacaq şlanqı zədələndikdən sonra 23 ton dizel yanacağı Sinqapur sahillərində sulara sızıb. Hadisə Sinqapurun limanlarında və çimərliklərindəki əməliyyatlara təsir etməyib.
Xatırladaq ki, 2024-cü ilin iyununda Sinqapurda iki gəminin toqquşması nəticəsində 400 tondan çox yanacaq dağılmışdı.
Qeyd edək ki, 2021-ci ildə Çinin Qingdao (Şandun əyalətinin şərqi) limanı yaxınlığında yük daşıyıcısı ilə neft tankerinin toqquşması nəticəsində təxminən 400 ton yanacağın dənizə tökülməsi baş vermişdi.
Panama bayrağı altında üzən “Sea Justice” yükdaşıyıcısı Qingdao limanının sularında Liberiya bayrağı altında üzən “A Symphony” neft tankeri ilə toqquşmuşdu. Neft tankerinin çənlərindən birinin zədələnməsi nəticəsində yanacağın bir hissəsi səthə tökülmuşdu. Fövqəladə hadisə nəticəsində insan tələfatı qeyd alınmamışdı.