İtaliyada 23 yaşlı Minea Pagni bir vaxtlar məktəbdə onun müəllimi olmuş 63 yaşlı Massimoya ərə gedib.
AzPost bildirir ki, bu barədə Linda İkejinin bloqu məlumat verib.
Onların hekayəsi internetdə böyük səs-küyə səbəb olub. İstifadəçilər təxminən 40 yaş fərqini qəzəblə qarşılayıblar. Pagni qeyd edib ki, o, məktəb illərində, tələbə olduğu dövrdə hazırda əri olan müəllimindən xoşu gəlib. Lakin münasibətləri yalnız bir neçə il sonra, doğma şəhərlərində təsadüfən rastlaşdıqda və telefon nömrələri mübadiləsi apardıqda başlayıb. Oradan sonra onlar evliliklə nəticələnən romantik münasibətlər qurublar.
Cütlük İtaliyada yaşayır və tənqidlərə baxmayaraq, birliklərinin yaş və ya sosial fərqlərə deyil, qarşılıqlılıq və hörmətə əsaslanan əsl sevgi hekayəsi olduğunu iddia edir.
“Mən yaşıdlarımla görüşmüşəm, amma onlarla özümü rahat hiss etməmişəm.” -deyə 23 yaşlı gəlin deyir: “Massimo ilə əvvəllər heç vaxt yaşamadığım bir yaxınlıq və harmoniya var”.
Cütlük qeyd edir ki, evliliklərinə qarşı tənqid onların münasibətlərinə təsir etmir.