Pakistanda polis tərəfindən ələ keçirilən bazar dəyəri 250 milyon dollar olan narkotik və spirtli içkilər məhv edilib. AzPost xəbər verir ki, əməliyyat qaçaqmalçılığa qarşı mübarizə çərçivəsində həyata keçirilib.
Pakistan rəsmiləri bildirirlər ki, dünyada ən böyük narkotik istehsalının həyata keçirildiyi Əfqanıstanda narkotiklərin təxminən 70 faizi qaçaqmalçılıq yolu ilə Pakistan və İran, qalan hissəsi isə Mərkəzi Asiya vasitəsilə şimala çatdırılır.