26 yaşlı hamilə qadın Naxçıvan Perinatal Mərkəzində vəfat edib

Tibbi Yardım
Tibbi Yardım

Naxçıvanda müayinəyə gələn hamilə qadın Perinatal Mərkəzdə vəfat edib.

AzPost APA-ya istinadən bildirir ki, hadisə Naxçıvan şəhərində baş verib. Belə ki, 1999-cu il təvəllüdlü Teymurova Aysel Taleh qızı Naxçıvan Perinatal Mərkəzinə müayinə üçün gəlib. Hamilə olduğu bildirilən qadının anidən halı pisləşib. Mərkəzdə göstərilən tibbi müdaxilələrə baxmayaraq, 26 yaşlı qadını xilas etmək mümkün olmayıb.
Hazırda faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.