NATO Rusiya sərhədləri yaxınlığında “Lightning Strike 24” adlı ən böyük artilleriya təlimini keçirməyə hazırlaşır.
Azpost.info xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.
Təlimlər noyabrın 4-dən noyabrın 28-dək davam edəcək.
NATO təlimlərində Finlandiya, ABŞ, İsveç, Estoniya, Böyük Britaniya və Fransadan 3600-ə yaxın hərbçi iştirak edəcək.
“Lightning Strike 24” Alyansın tarixində ən böyük artilleriya atışları seriyası olan “Dynamic Front 25”in fonunda baş tutacaq. Onların məqsədi Helsinkinin müttəfiqləri ilə əməkdaşlıqda əməliyyat bölgəsində müdafiə imkanlarını sınaqdan keçirməkdir.
Azpost.info