28 il əvvəl AZTV-dən Şuşanın işğal olunması xəbərini verən diktor:"O günün xəcaləti indiyə qədər üstümdə idi"

28 il əvvəl AzTV-nin efirində Şuşanın işğal edilməsi xəbərini kədərlə açıqlayan tanınmış teleaparıcı, əməkdar artist Nailə İslamzadə yenidən efirə çıxaraq qələbə xəbərini verib.  

Tanınmış aparıcı Ali Baş Komandan İlham Əliyevin çıxışından sonra İctimai TV-də Şuşanın azad edildiyi barədə xəbəri çatdırıb. N. İslamzadə bu barədə sosial şəbəkədə status yazaraq  illər əvvəl yaşadığı xəcalət hissini fəxarətlə dəyişdiyini bildirib: “Düz 28 il 6 ay əvvəl Şuşamızın işğalı günü AzTV-də diktor olaraq növbədə və ekranda idim, o günün xəcaləti və kədəri indiyə qədər üstümdə idi. Bu gün o xəcalət hissini fəxarət hissinə dəyişə bildiyimə görə, Şuşanın işğaldan azad olunması xəbərini Ali Baş Komandandan sonra ilk olaraq efirdə səsləndirdiyimə görə çox xoşbəxtəm”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir