“28 ildir Kasparovla oyunu gözləyirdim” –

Şəhriyar Məmmədyarov
11 İyul 2021 - 10:41

“28 ildir sahmatla məşğul oluram. Hər zaman tarixin ən sevdiyim şahmatçısı Kasparov olub”.

Bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov deyib.

O, Xorvatiyanın paytaxtı Zaqrebdə “Grand Chess Tour”un blits yarışının VI turunda 13-cü dünya çempionu Harri Kasparovu cəmi 7 gedişə məğlub etməsini şərh edib: “Onun oyunları inanılmaz olub. 28 ildir hər zaman Kasparovla oyunu gözləyirdim. Və cəmi 7 gedişə qalib gəldim. Bu isə hər 4 ilə 2 gediş deməkdir! Siz hələ də dostunuzla şahmat oynayanda bir az tez oyna deyirsiz? Sizləri cox sevirəm, dəstəyiniz ücün. O bir dahi şahmatçıdır. Biz isə tarixin bir parçası”.