BMT sualtı kabellərin davamlılığı üzrə beynəlxalq məsləhət orqanı yaradıb.
Azpost.info xəbər verir ki, bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqından bildirilib.
“Sualtı kabellər beynəlxalq məlumat mübadiləsinin 99 faizindən çoxunu təşkil edir ki, bu da onların davamlılığını qlobal problemə çevirib. Bu mühüm rəqəmsal infrastrukturun təbii fəlakətlər, qəzalar və digər amillər qarşısında dayanıqlığını təmin etmək üçün dünyanın hər yerindən ekspertləri cəlb ediləcək”, – BTİ-nin katibi Dorin Boqdan-Martin bildirib.
Azpost.info