29-30 apreldə keçirilən buraxılış imtahanının nəticələri bu gün açıqlanacaq

26 May 2021 - 11:32

“29-30 apreldə keçirilən buraxılış imtahanının nəticələri bu günün axırına açıqlanacaq”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, buraxılış imtahanınlarının ümumi nəticələri barədə gələn həftə DİM-in “Facebook” səhifəsində kifayət qədər geniş təhlil ictimaiyyətə çatdırılacaq.