3 ayda ölkəyə 10 milyon dollarlıq qarğıdalı idxal edilib

Bu ilin I rübündə Azərbaycana 36 024 ton qarğıdalı idxal edilib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə qarğıdalının dəyəri 10 milyon 965 min ABŞ dollar təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 5 701 ton (18,8 %), dəyər baxımından isə 393 min ABŞ dolları (3,7 %) çoxdur.

Hesabat dövründə qarğıdalı idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,2 %-ni təşkil edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.