“3 azərbaycanlı qazinin səhhətində ciddi problem yoxdur” –Türkiyənin Səhiyyə naziri

“Türkiyədə hazırda 3 azərbaycanlı qazi müalicə olunur, səhhətlərində ciddi bir problem yoxdur”.

Bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca koronavirusla (COVID-19) mübarizə ilə bağlı nazirliyin nəzdində fəaliyyət göstərən Elm Qurumunun növbəti müzakirəsindən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, səhiyyə sahəsində Azərbaycanla Türkiyə arasında bağlanan əməkdaşlıq sazişinə uyğun olaraq, daha 4 xəstə müalicə olunmaqdadır: “Biz Azərbacanlı qardaşlarımızı Türkiyə vətəndaşlarımızdan əsla ayırmırıq. Öz vətəndaşımıza hansı qayğı və xidmət göstərilirsə, Azərbaycanlı qardaşlarımıza da eynidir. Üzərimizə düşən vəzifə hər nə isə bu məsələyə çox həssaslıqla yanaşırıq”.

F.Qoca əlavə edib ki, həm pandemiya, həm də Dağlıq Qarabağ savaşı dövründə Türkiyə Azərbaycana tibbi dəstəyini də əsirgəməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev “Signify” şirkətinin baş icraçı direktorunu qəbul edib

Sonrakı məqalə

Azad edilən ərazilərdə xidmət edən hərbçilərin maaşlarına əlavələr ediləcək