“3 manatlıq arağa baxanda bilinir ki, saxtadır…” –Sabir Rüstəmxanlı

Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı

“Azərbaycan araq istehsalında bu qədər məşhurdursa, niyə ölkədən kənara çıxa bilmirik? Vaxtilə Azərbaycanın “Ağdam” şərabı var idi. Deyirdilər, “Ağdam” şərabı ilə Rusiyanı işğal edəcəyik”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı “Tütün və tütün məmulatı haqqında” və “Qida təhlükəsizliyi haqqında” qanunlarına təklif edilən dəyişikliyin müzakirəsində deyib.

Deputat bildirib ki, indi də Azərbaycanın yaxşı şərabları var: “Amma idxal yoxdur. Kənara çıxara bilmirik. Deməli, ya bunun keyfiyyəti aşağıdır, ya da iş düzgün qurulmayıb. Rayonlara gedəndə marketlərə baxırsan, qəşəng adlı araqları qoyublar, amma qiyməti 3 manat, 4 manat. Baxanda bilinir ki, saxtadır. Bəs, buna lisenziyanı kim verib? Mənim cavan dostum saxta araqdan rəhmətə getdi”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.