31 il əvvəl Daşaltıda itkin düşən şəhid Veysəl Qasımovun qalıqları II Fəxri xiyabanda dəfn olunub- FOTO

Birinci Qarabağ müharibəsində, Şuşa rayonunun Daşaltı kənində 1992-ci ildə gedən döyüşlərdə itkin düşmüş Veysəl Qasımovun nəşinin qalıqları dəfn edilib.

Veysəl Qasımovla Xətai rayonu, Məzahir Rüstəmov küçəsində yerləşən evində vida mərasimi keçirilib.

Daha sonra şəhidin nəşinin qalıqları İkinci Fəxri xiyabana gətirilərək torpağa tapşırılıb.

Dəfn mərasimində dövlət xadimləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak edib.

Qeyd edək ki, şəhid Veysəl Qasımovun qalıqları 31 il sonra Daşaltıda aşkarlanıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.