Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

31 ildir həbsdədir, əfv olunmaq istəyir (FOTO)

Orkhan Ali 23 May 2025 - 13:26 (Last updated: 23 May 2025 - 13:26)
Bayramov Rafiq

Bayramov Rafiq

Azərbaycanda gələn həftə imzalanması gözlənilən əfv sərəncamı yüzlərlə məhkum və onların ailələrində ümid yaradıb. Artıq Əfv Komissiyası müraciətlərə baxılmasını başa çatdırıb.
“Qafqazinfo”nun məlumatına görə, əfv üçün müraciət edənlər siyahısında ömürlük məhkumlar da yer alır.
Onlardan biri də 53 yaşlı Bayramov Rafiq Səməd oğludur. R.Bayramov 31 ildir ki, həyata Qobustan həbsxanasının barmaqlıqları arasından baxır.
Rafiq Gəncədə baş verən şəxsi mübahisə nəticəsində həmyaşıdını qətlə yetirdiyi üçün tutulub. Cinayətdən sonra bir müddət ölkədən qaçsa da, xaricdə tutularaq Azərbaycana ekstradisiya olunub. Məhkəmənin hökmü ilə ona 22 yaşında ömürlük həbs cəzası verilib. Bu hökmün oxunmasından düz 31 il keçir.
Vəkili Rəsul Cəfərov deyir ki, müvəkkili uzun illər ərzində davranışlarına və həyat tərzinə görə islah olunmuş sayılır və artıq cəmiyyət üçün təhlükəli hesab edilmir: “30 ildən çox həbs həyatı onun islah olunması üçün kifayət qədər əsas verir. Buna baxmayaraq, məhkəmələr cəzanın çəkilmiş hissəsini nəzərə alaraq şərti azadlığa buraxılma barədə müraciətlərimizi rədd etdi. Halbuki qanun buna imkan verir. Müvəkkilim Birinci Qarabağ Müharibəsi iştirakçısı olub. Döyüşlərdə fəal iştirak edib, Ağdamın işğalı vaxtı ayağından yaralanıb. Ən əsası isə Rafiq Bayramov bir sıra xroniki xəstəliklərdən əziyyət çəkir”.
Rafiqə ailə həyatı qurmaq nəsib olmasa da, evdə onun yolunu gözləyən 78 yaşlı anası var. Məsmə Bayramovanın yeganə arzusu da elə onunla yenidən birlikdə olmaqdır. Ana illərdir bu cümləni gözlədiyini deyir: “Rafiq əfv olundu”.
Rafiq Bayramovun 10 il əvvəlki və indiki fotolarını təqdim edirik: 

AzPost.az

Post navigation

Previous: “Mərkəzi Bankın binasına xərclənən 631 milyona Qarabağda 10 kənd və ya 2 böyük qəsəbə tikmək olardı”
Next: Qazaxıstandan AZAL-ın təyyarəsi ilə bağlı yeni açıqlama

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.