“Rusiyanın Ukraynadakı müharibəsi ilə daha da şiddətlənən qlobal ərzaq böhranı səbəbindən 323 milyon insan aclığın astanasındadır”.
Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel deyib.
“Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi ərzaq böhranını kəskin şəkildə gücləndirib. Cəmi iki il ərzində dünyada ciddi qida çatışmazlığı olan insanların sayı iki dəfə artaraq 323 milyona çatıb”, – Borrel qeyd edib.
Aİ yetkilisi əlavə edib ki, hazırda dünyada 1,2 milyard insan ərzaq və enerji qiymətlərinin artması və maliyyə vəziyyətinin pisləşməsi səbəbindən həssas vəziyyətdədir.
Azpost.info