34 il əvvəl itkin düşmüş gənc hərbçi qızın qalıqları tapıldı –Şəhid Mehriban Qarayeva kimdir? /FOTO

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bu gün açıqladığı məlumata görə, birinci Qarabağ müharibəsində itkin düşmüş daha 17 şəhid dəfn olunacaq.

Azpost.info bildirir ki, açıqlanan siyahıda bir gənc qadının adı da var.

İtkin düşmüş hərbçi Mehriban Arif qızı Qarayeva Sumqayıt şəhəri, Şəhidlər Xiyabanında dəfn olunacaq.
Sumqayıt24.az portalı itkin-şəhid haqqında ətraflı məlumat əldə edib.
Mehriban Qarayeva 27 mart 1970-ci ildə Sumqayıt şəhərində anadan olub və 2-ci mikrorayonda yaşayıb. O, Sumqayıt şəhər 3 saylı məktəbdə 8-ci sinfə qədər oxuyub, daha sonra isə 35 nömrəli peşə məktəbinə daxil olub. 1992-ci ildə könüllü olaraq hərbi xidmətə yollanıb. Subay idi. 9 iyul 1992-ci il tarixində Ağdamın Sırxavənd kəndində itkin düşüb.
Mehriban Qarayevanın qalıqları 2025-ci ildə aparılan DNK analizi nəticəsində Ağdərə rayonundakı kütləvi məzarlıqdan tapılıb.
Atası Arif Qarayev 17 aprel 2001-ci ildə vəfat edib və Sumqayıt qəbristanlığında dəfn olunub. Anası Havabəyim Hüseynova isə 5 noyabr 1985-ci ildə vəfat edib və Şamaxının Ərəbqədim kəndində dəfn olunub.
İtkin-şəhid Mehriban Qarayevanın 3 bacısı, 4 qardaşı olub.
Xatırladaq ki, xanım şəhdimizin dəfn mərasimi 20 fevral 2026-cı il, saat 11:00-da Sumqayıt şəhəri, Şəhidlər xiyabanında keçiriləcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.