İyulun sonuna olan məlumata görə, dünyanın 36 ölkəsində koronavirusun yeni variantı aşkar edilib. Alimlər onu EG.5.1 “Eris” adlandırıblar.
Azpost.info bildirir ki, bu barədə ABŞ-ın “Forbes” jurnalı məlumat verib.
İyulun əvvəlində xəstəliyin törədicisi əsasən ABŞ və Asiyada qeydə alınıb. Bu günə qədər İsraildə 20-yə yaxın xəstəliyə yoluxma halı qeydə alınıb.
İlk dəfə olaraq, koronavirusun bu variantı mart ayında qeydə alınıb və son vaxtlara qədər elm adamlarının o qədər də narahatçılığına səbəb olmayıb. Lakin onun bütün dünyada yayılma sürəti və halların sayının artması tədqiqatçıları öz münasibətini yenidən nəzərdən keçirməyə vadar edir.
“Bu həftəki hesabatda hələ də COVID-19 hallarında artım müşahidə edirik. Xüsusilə yaşlılar arasında xəstəxanaya müraciətlərin sayının kiçik artımını da müşahidə edirik”, – deyə Böyük Britaniyanın ictimai sağlamlıq üzrə məsul dövlət qurumu olan Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) immunizasiya rəhbəri Meri Ramzay bildirib.
ABŞ-da EG.5.1 bütün koronavirus hadisələrinin 17%-dən çoxunu təşkil edib. İyulun son həftəsində xəstəxanaya yerləşdirilənlərin sayında artım 12%-dən çox olub. Həkimlərin fikrincə, bu da kifayət qədər narahatedici göstəricidir.
Azpost.info