36 yaşlı hakimin qəfil ölümünün təfərrüatı- FOTO

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Qax Rayon Məhkəməsinin hakimi Taleh Kərimov qəfil vəfat edib.

“Qafqazinfo” 36 yaşlı hakimin ölümünün bəzi təfərrüatlarını əldə edib.

Məlumata görə, səhər saatlarında mənzilində duş qəbul edən T.Kərimovun dəm qazından halı pisləşib və hamamda yerə yıxılıb. Hamam otağından çıxmağı bacaran gənc hakim digər otaqda divanda keçinib.

Qeyd edək ki, Taleh Kərimov daha öncə uzun müddət Ağdaş rayon İcra və Probasiya şöbəsində icra məmuru vəzifəsində çalışıb. O, 2023-cü ilin mayından Qax Rayon Məhkəməsinin hakimi vəzifəsində işləyirdi.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.