Vyetnamın Quanq Nqay şəhərinin Çan Thi Lu adlı 36 yaşlı sakini 11 ilə yaxındır yatmır.
Azpost.info bildirir ki, bu barədə “Oddity Central” nəşri xəbər verir. Lu gecələr ailəsini narahat etməmək üçün sadəcə olaraq gözlərini yumaraq uzanır.
Çan Thi Lu şəhərdəki uşaq bağçasında işləyir. Onun dediyinə görə, yuxu ilə bağlı problemləri göz yaşı ilə başlayıb. Uzun müddət səbəbini bilinməyən şəkildə gözündən yaş axıb. Uzun müdətdən sonra gözdən yaş axmaq dayanıb, bununla bərabər onun yuxusuz günləri başlanıb.
Qadın hətta psixiatriya klinikasına gedib. Həkimlər ona yuxusuzluğun ağır forması diaqnozu qoyub, lakin ona təyin olunan dərmanlar kömək etməyib. Lu yan təsirlərə görə həbləri qəbul etməyi dayandırmağa məcbur olub.
Xroniki yuxusuzluqdan əlavə, qadının bir çox sağlamlıq problemi var. O, bunu yata bilməməklə əsaslandırır.
Lu ümumi olaraq özünü yaxşı hiss edir, işə gedir, ailəsinin qayğısına qalır. Gecələr isə heç kimi narahat etməmək üçün gözlərini yumub sakitcə uzanır.
Azpost.info