38 obyektdə pandemiya qaydalarının pozulduğu aşkar edilib –Nazirlik monitorinq keçirib

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, növbəti monitorinqlər zamanı Binəqədi rayonunda Elnurə Abbasovaya məxsus mağazada, Yasamal rayonunda Kamaləddin Quliyevə, Mirhəmid Talıbova məxsus pərakəndə ticarət obyektlərində, Suraxanı rayonunda “Tatlı şirniyyat mağazası”nda, Sabunçu rayonunda “Lux ərzaq mağazası”nda, Nərimanov rayonunda Aynurə Bərhənə məxsus marketdə, Xətai rayonunda Qismət Həsənova məxsus “İnşaat malları mağazası”nda, Səbail rayonunda Ceyhun Qabilova məxsus avtomobil hissələrinin satışı mağazasında, Nizami rayonunda İrina Rzayevaya məxsus ticarət obyektində, Gəncə şəhərində “Tağıyev Shopping geyim mağazası”nda, “Klimber” pərakəndə ticarət obyektində, Namiq Quliyevə, Fariz Əliyevə məxsus mağazalarda, Sumqayıt şəhərində “Ucuz market ərzaq mağazası”nda, “Ən ucuz market”də, “Ucuz məktəbli mağazası”nda, “Chanel+Ətriyyat mağazası”nda, ümumilikdə 38 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir