39 yaşlı Bakı sakini küçədə bıçaqlanıb

29 Oktyabr 2021 - 01:25

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə metronun Həzi Aslanov stansiyasının yaxınlığında baş verib.

Belə ki, 1982-ci il təvəllüdlü Fərzəliyev Azər Bayraməli oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Yaralı çoxlu qan itirib. O, aqonal vəziyyətdə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları araşdırma aparır. Hadisəni törədən və ya törədənlərin axtarışı davam etdirilir.