Azərbaycanda bu ilin yanvar- aprel aylarında aqrar sığorta sistemi çərçivəsində fermerlərə dəymiş zərərə görə 3,7 milyon manatlıq ödəniş həyata keçirilib
“Report” xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.
“Düşünürük ki, ilin sonuna qədər bu rəqəmlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 50-70 % çox olacaq. Son iki ildə bu göstərici 10 milyon manatı keçib”, – F. Sadıqov qeyd edib.
O əlavə edib ki, Azərbaycanda tətbiq olunan qeyri-kommersiya əsaslı aqrar sığorta modeli Türkiyənin uğurlu təcrübəsi əsasında formalaşdırılıb.
F. Sadıqov vurğulayıb ki, Fond tərəfindən təsis edilmiş müstəqil ekspert klasterinə hazırda Dövlət İmtahan Mərkəzindən keçmiş və Mərkəzi Bank tərəfindən lisenziyalaşdırılmış 95 mütəxəssis daxildir.