4 il əvvəl oğurlanan 50 min dollarlıq tablo ABŞ-da zibillikdən tapıldı

sənət əsəri
sənət əsəri

4 il əvvəl oğurlanan 50 min dollarlıq tablo ABŞ-da zibillikdən tapıldı.

Məşhur kanadalı rəssam Jean-Paul Riopelle-ə məxsus və dəyəri 50 min dollar olan sənət əsəri dörd ildən sonra gözlənilməz şəkildə tapılıb. AzPost “Miami Herald”a istinadla xəbər verir ki, oğurlanmış rəsm ABŞ-da bir zibillikdə aşkarlanıb.

Hadisə 2021-ci ilin dekabrında Kanadanın Edmonton şəhərində baş verib. Riopellenin “Adsız, Akvarel və Kağız üzərində Mürəkkəb” adlı əsəri sərgi salonundan oğurlanan beş əsərdən biri olub. Bu müddət ərzində onun harada olduğu məlum deyildi.

Tablo təsadüfən Nyu-Yorkda bir şəxsin hərraca çıxarmağa cəhd etməsi zamanı aşkar edilib. O bildirib ki, əsəri təxminən dörd il əvvəl zibillikdə tapıb və əsərin dəyərindən xəbərsiz halda evində saxlayıb. Əsərin müəllifi və əsl mənşəyi məlum olduqdan sonra kişi onu qanuni sahiblərinə geri qaytarmağa razı olub.

Ancaq maraqlı məqam odur ki, əsərin oğurlandığı qalereya onu geri almaqdan imtina edib. Səbəb isə sığorta şirkətindən artıq təzminat almasıdır. Əgər rəsmi geri qaytarsaydılar, həmin məbləği geri ödəməli olacaqdılar. Bundan əlavə, əsərin bazar dəyərinin oğurluqdan sonra azalma ehtimalı da qalereya üçün maliyyə baxımından əlverişsiz hesab olunub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.