Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“4 müəllimdən biri cəmi 12 saat dərs deyir, bu aşağı maaş deməkdir” –

User 13 Noyabr 2025 - 13:07 (Last updated: 13 Noyabr 2025 - 13:08)
Emin Əmrullayev

Emin Əmrullayev

“Yalnız saathesabı dərs deyən və ya yarımştat işləyən müəllim deyil, daimi, gündəlik məktəbə gələn, yüksək əməkhaqqı ilə işləyən müəllimlər modeli yaradılacaq.

AzPost APA -ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

“2027-2030-cu illər üçün əsas hədəflərdən biri də müəllimlik peşəsinə yeni modelin tətbiqidir. Yəni, yalnız saatla dərs deyən və ya yarımştat işləyən müəllim deyil, daimi, gündəlik məktəbə gələn, yüksək əməkhaqqı ilə işləyən müəllimlər modeli yaradılacaq. Bu, məcburi deyil. İstəyən müəllim əvvəlki – saatla işləmə sistemində qala bilər. Amma bu yeni modeldə müəllimin həftəlik dərs yükü 18–24 saat olacaq, əlavə saatlarda isə şagirdlərlə, valideynlərlə və məktəb daxilində digər təhsil fəaliyyətləri ilə məşğul olacaq. Bu sistemə yalnız sertifikatlaşdırmadan yüksək nəticə ilə keçmiş müəllimlər cəlb olunacaq. Çünki əməkhaqqının aşağı olmasının əsas səbəblərindən biri də odur ki, müəllimlərin həftəlik dərs yükü azdır. Hazırda 4 müəllimdən biri həftədə cəmi 12 saat dərs deyir. Bu da, təbii olaraq, aşağı maaş deməkdir. Əgər biz müəllimin həyatını və statusunu yaxşılaşdırmaq istəyiriksə, bu yanaşmanı dəyişməliyik”, – deyə nazir vurğulayıb.

AzPost.az

Post navigation

Previous: Gələn il 25 min müəllim sertifikasiya prosesinə cəlb olunacaq –
Next: Yaxın zamanda Lənkəran Dairəvi qalasının bərpasına başlanılacaq –

Oxşar xəbərlər

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.