40 milyon insan ölə bilər- SƏBƏB AÇIQLANDI

2050-ci ilə qədər demək olar ki, 40 milyon insan bakteriyalarda antibiotiklərə qarşı müqavimət yaranmasına görə ölə bilər. Bu barədə Britaniyanın “The Guardian” qəzeti yazıb.

Nəşr Böyük Britaniyanın keçmiş baş həkimi Salli Devisin sözlərini sitat gətirib: “Antibiotiklərə qarşı müqavimətin yayılması səbəbindən hər il təxminən 1 milyon insan ölür ki, bu rəqəm növbəti 25 il ərzində artacaq. Bu qorxuludur”.

Qəzet aydınlaşdırıb ki, 2050-ci ilə qədər bakteriya müqavimətindən ölüm göstəriciləri iki dəfə artacaq, ümumi ölüm sayı 40 milyon olacaq.

Səbəb antibiotiklərin, o cümlədən qida sənayesində geniş istifadə olunmasıdır ki, bunun da nəticəsində getdikcə daha çox bakteriya mutasiyaya uğrayaraq antibiotiklərə qarşı müqaviməti inkişaf etdirir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.