40 rayonda pensiyaçıların sayı azalıb –SİYAHI

Son bir ildə Azərbaycanda ölkə üzrə pensiyaçıların ümumi sayında artım olsa da, rayon və şəhərlərin əksəriyyətində pensiyaçıların sayında azalma qeydə alınıb.

FED.AZ REGİONLAR xəbər verir ki, 2025-ci ilin yanvar-sentyabr dövrünün sonuna olan məlumata görə, Azərbaycanda ümumilikdə 1 milyon 100 min 19 nəfər pensiyaçı var, bu bir il əvvəllə müqayisədə 1488 nəfər artıqdır. Xatıroadaq ki, ötən ilin eyni dövründə ölkədə 1 milyon 98 min 531 pensiyaçı vardı.

Bununla yanaşı, araşdırma göstərir ki, ölkədə pensiyaçıların sayının artımı əsasən Bakıda baş verib, bölgələrdə isə pensiyaçılar azalmaqdadır.

Belə ki, göstərilən dövrdə Bakıda pensiyaçıların sayında 6823 nəfər artım olub. Bu o deməkdir ki, həmin müddətdə regionlarda pensiyaçıların sayı ümumilikdə 4335 nəfər azalıb.

Bəzi regionlarda pensiyaçıların sayı daha kəskin azalıb. Belə ki, ən çox azalma Lənkəran, Masallı, Xaçmaz, Gəncə və Sumqayıtda qeydə alınıb. Belə ki, Lənkəranda pensiyaçıların sayı 577 nəfər, Masallıda 546 nəfər, Xaçmazda 552 nəfər, Gəncədə 512 nəfər azalıb. Ümumilikdə təkcə bu 5 rayonda pensiyaçıların ümumi sayında 2700 nəfər azalma baş verib. Ümumilikdə, ölkə üzrə 40 rayonda pensiyaçıların azalması baş verib.

s/n Rayonlar və şəhərlər Pensiyaçı sayı,

yanvar-sentyabr, 2025

(nəfər)

Son bir ildə azalma

(nəfər)

1 Lənkəran rayonu 22 348 -577
2 Xaçmaz rayonu 15 200 -552
3 Masallı rayonu 20 062 -546
4 Sumqayıt şəhəri 36 698 -529
5 Gəncə şəhəri 32 579 -512
6 Salyan rayonu 12 812 -372
7 Şəmkir rayonu 18 318 -331
8 Sabirabad rayonu 14 198 -280
9 Ağcabədi rayonu 12 921 -278
10 Bərdə rayonu 15 339 -240
11 Ağdaş rayonu 10 183 -212
12 Yevlax rayonu 12 543 -207
13 Şirvan şəhəri 7 823 -197
14 Ağsu rayonu 7 910 -176
15 Gədəbəy rayonu 11 185 -173
16 Ucar rayonu 7 757 -169
17 Mingəçevir şəhəri 12 826 -168
18 Cəlilabad rayonu 18 764 -157
19 Lerik rayonu 7 783 -145
20 Tovuz rayonu 16 581 -138
21 Tərtər rayonu 7 611 -94
22 Quba rayonu 13 860 -90
23 Kürdəmir rayonu 10 234 -86
24 Balakən rayonu 9 646 -79
25 Goranboy rayonu 9 376 -76
26 Şamaxı rayonu 9 413 -53
27 Yardımlı rayonu 6 177 -48
28 Ağstafa rayonu 8 392 -42
29 Samux rayonu 5 932 -37
30 Qazax rayonu 10 365 -36
31 Zəngilan rayonu 3 937 -33
32 Beyləqan rayonu 10 378 -25
33 Xocalı rayonu 1 145 -24
34 Qubadlı rayonu 4 856 -22
35 Astara rayonu 9 436 -20
36 Daşkəsən rayonu 3 803 -11
37 Biləsuvar rayonu 9 871 -12
38 Xocavənd rayonu 891 -9
39 Göygöl rayonu 6 293 -5
40 Qobustan rayonu 3 546 -3

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.