40 yaşdan sonra insanda görmə problemləri başlanır: Nə etməli? –Həkim rəyi

40 yaşlarında bir çox insanlar yaşa bağlı dəyişikliklər və gözlərin gərginləşməsi səbəbindən görmə problemləri yaşamağa başlayır.

AzPost-un məlumatına görə, bu barədə Piroqov Universitetinin Rusiya Elmi-Klinik Mərkəzinin Konsultativ-Diaqnostika şöbəsinin oftalmoloqu Olqa Koşevaya “Rossiyskaya qazeta”ya deyib.

Mütəxəssis qeyd edib ki, yaşa bağlı ən çox rast gəlinən xəstəliklər presbiopiya, qlaukoma, katarakta, yaşa bağlı makula degenerasiyasıdır. Bu xəstəliklərin qarşısını almaq üçün həkim mütəmadi olaraq göz müayinəsindən keçməyi, kompüterdə iş rejiminə riayət etməyi, gün eynəyi taxmağı, A, C, E vitaminləri ilə zəngin qidaları rasionunuza daxil etməyi tövsiyə edir.

Koşevaya həmçinin oxuyarkən yaxşı işıqlandırmanın vacibliyi, kompüterdə işləyərkən fasilələr verməyi və göz quruluğu üçün yağlayıcı göz damcılarından istifadə etməyi tövsiyə edib.

Fiziki fəaliyyət və yuxu gigiyenasına xüsusi diqqət yetirilməlidir, çünki onlar bədənin və gözlərin ümumi sağlamlığına kömək edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.